Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək

153

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar qəbul olunub.

Bu barədə NUHÇIXAN-a Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam istismara veriləcəyi və həmin vaxt tədbirin keçirilməsi üçün ən münasib məkanın Bakı olacağı nəzərə alınaraq Azərbaycan Enerji Xartiyası Konfransına sədrliyə namizədliyini irəli sürmüşdü. 2020-ci il üçün Konfrans sədrliyinə Azərbaycandan başqa, Ermənistan və Monqolustan da namizədliyini irəli sürdüyündən 3 ölkə arasında rəqabət vəziyyəti yaranmışdı.

Lakin Azərbaycan tərəfinin bu məsələ ilə əlaqədar davamlı fəaliyyəti, gərgin əməyi və diplomatik kanallar vasitəsilə aparılmış danışıqlar nəticəsində 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyə ən uyğun namizəd kimi ölkəmiz müəyyənləşib. Ermənistanın 2020-ci il üçün sədrlik iddiasının qarşısı alınıb. Bu ölkə konfransa 2021-ci ildə, Monqolustan isə 2022-ci ildə sədrlik etməyə razılaşıb.

Azərbaycan üçün enerji siyasəti baxımından son dərəcə əlamətdar bir ildə Enerji Xartiyası Konfransına ev sahibliyi etməsi ölkəmizin növbəti uğurudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: