Misir arxeoloqları Asuanda içərisində yaxşı vəziyyətdə qalmış mumiya olan sərdaba aşkarlayıblar

177

Misirin Tarixi Abidələr Nazirliyinin arxeoloji missiyası Asuan əyaləti yaxınlığında içərisində sonrakı dövrə aid mumiya olan qumdaşından hazırlanmış məqbərə tapıblar.
NUHÇIXAN xəbər verir ki, tapıntı Aqa-Xan mavzoleyi yaxınlığında yerləşən arxeoloji sahədə aşkarlanıb. Ekspertlərin sözlərinə görə, mumiya yaxşı vəziyyətdə qalıb. Tarixi Abidələr Ali Şurasının baş katibi Mustafa Vəziri bəyan edib ki, meyitin tanınması üçün tamamlayıcı tədqiqatların aparılması vacibdir.
Bildirilir ki, arxeoloji missiya, həmçinin sonrakı dövrə (e. ə. 664-332-cü illər) aid edilən, divarları Anubis, İsida və Xatxor kimi tanınmış qədim Misir allahlarının iştirak etdiyi səhnələrlə bəzədilmiş məqbərə tapıb. Bunlarla yanaşı, daş məqbərələrə aid xeyli rəngli fraqmentlər və heroqlif mətnli taxta tabutun qalıqları, böcək şəklində həmayillər, Qora allahının taxta heykəlciyi və hələ ki kimə aid olduğu müəyyən edilməmiş heykəlin baş hissəsi tapılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: