Naxçıvanda “Avropa Günləri” keçiriləcək - VİDEO

591

NUHÇIXAN xəbər verir ki, bu il Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı seçilməsi münasibətilə şəhərimizdə “Avropa Günləri” keçiriləcək.

Sentyabr ayının 21-dən 23-dək davam edən  tədbirlərdə Avropa İttifaqının  rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edəcək. Tədbirin əsas hissəsi sentyabrın 23-də saat 14:00-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey  Kompleksində keçiriləcək. Burada Azərbaycana, eləcə də Avropa ölkələrinə aid sərgilər, uşaqlar üçün intellektual və əyləncəli proqramlar, rəqslər, axşam isə  açıq hava altında  konsert proqramı təşkil ediləcək. Qonaqlar Naxçıvanın tarix və mədəniyyət abidələrini gəzəcək, turizm infrastrukturu ilə tanış olacaq, təhsil ocaqlarında müxtəlif görüş və konfranslar keçirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: