Türkiyənin Kocaeli vilayətinin geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək

91

Bakının Nəsimi rayonunda açılışı nəzərdə tutulan İzmit parkının istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin Kocaeli vilayətindən geniş tərkibli heyəti paytaxtımıza səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, heyətə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, İzmit bələdiyyəsinin sədr müavinləri Serkan Yeğnidəmir və Güray Oruç, İzmitin park və bağlar müdiri Ayhan Varol və başqaları daxildir.

Bilal Dündar məlumat verib ki, səfər çərçivəsində Türkiyə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, digər toplantılara qatılacaq və mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Kocaelinin İzmit şəhəri ilə Bakının Nəsimi rayonu qardaşlaşmış şəhərlərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: