Britaniyalı fiziklər ABŞ ordusu üçün qeyri-adi mühərrik hazırlayırlar

209

ABŞ Müdafiə Nazirliyinin (DARPA) perspektiv tədqiqat layihələri idarəsinin ayırdığı qrant çərçivəsində britaniyalı fiziklər “EmDrive” qeyri-mümkün mühərrikin analoqu üzərində işləyirlər.

NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Plimut Universitetinin fiziki Maykl Makkallox təqdim etdikləri ideyanın reallaşacağı təqdirdə, peyklərin orbitə buraxılması üçün yanacaq tələb olunmayacağını deyib. Hər bir kosmik gəmi kosmosda elektrik enerjisi ilə hərəkət edə biləcək və bəşəriyyət üçün ulduzlararası səyahətlər mümkün olacaq.

Amerikalı mühəndis Rocer Şoer 2001-ci ildə “EmDrive” mühərrikinin yaradılmasını elan edib. Lakin onun opponentləri bu mühərrikin bütün fizika qanunlarını pozduğunu bildiriblər.

Qurğu özlüyündə konus formalı kamera rezonatorudur və cihaza mikrodalğalı şüalanma verən güclü maqnetron qoşulub. Təyin edilmiş həndəsi nisbətlər, həmçinin mikrodalğalar konusu müəmmalı şəkildə zəif, lakin dartıcı qüvvə ilə cihazın dar hissəsinə doğru hərəkət etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: