Rusiya Müdafiə Nazirliyi: “İl-20” İsrail təyyarəçilərinin təqsiri ucbatından vurulub

339

Rusiyanın “İl-20” təyyarəsi Aralıq dənizində Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin general-mayoru İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, İsrail qırıcıları Rusiyanın “İl-20” təyyarəsinin arxasında gizlənərək onu Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsi qarşısında qoyublar. Təyyarə “S-200 raket kompleksi ilə vurulub. “İsrail hərbçilərinin məsuliyyətsiz hərəkətləri nəticəsində Rusiyanın 15 hərbi qulluqçusu həlak olub. Bu, Rusiya-İsrail tərəfdaşlığının ruhuna əsla uyğun deyil”, – deyə İqor Konaşenkov qeyd edib.

Rusiyalı general, həmçinin planlaşdırılan əməliyyat barədə İsrailin Rusiyanı gec xəbərdar etdiyini deyib. O, ölkəsinin İsrail hərbçilərinin Lazkiyə rayonundakı fəaliyyətini düşmənçilik kimi qiymətləndirdiyini və Müdafiə Nazirliyinin adekvat fəaliyyət hüququnu özündə saxladığını vurğulayıb.

İsrailin Moskvadakı səfirliyi informasiyanı şərh etməkdən boyun qaçırıb.

Xatırladaq ki, sentyabrın 17-də Moskva vaxtı ilə saat 23:00-da Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriyada yerləşən Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizində radarlardan itib. Həmin vaxt İsrailə məxsus 4 ədəd “F-16” təyyarəsi Lazkiyə əyalətindəki hərbi obyektlərə zərbə endirirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: