Azərbaycanın son tunc-ilk dəmir dövrü tunc kəmərləri barədə monoqrafiya çapdan çıxıb

157

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Tükəzban Göyüşovanın müəllifi olduğu “Azərbaycanın tunc kəmərləri (son tunc — ilk dəmir dövrü)” monoqrafiyası çapdan çıxıb.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, Azərbaycan, ingilis və rus dillərində olan elmi əsər ölkəmizin son tunc-erkən dəmir dövrü qəbir abidələrindən tapılmış çoxlu sayda və üzərində müxtəlif süjetli təsvirlərə malik tunc kəmərlərə həsr edilib.

Monoqrafiyada tunc kəmərləri təhlil edilərək onların təsnifatı verilib, istehsal üsulu, funksiyası və semantikası geniş araşdırılıb. Tunc kəmərlərin üzərindəki təsvirlərin elmi təhlili müqayisəli araşdırmalar əsasında aparılıb, tunc dövrü tayfalarının dini-ideoloji, mifik təsəvvürləri, dünyagörüşü, ətraf aləmə münasibətilə bağlı fikirlər təhlil edilib, yeni mülahizələr irəli sürülüb.

Tunc kəmərlərin kataloqu bu maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə etməyə imkan verir.

Monoqrafiya arxeoloq, etnoqraf və tarixçilər, eləcə də incəsənətlə məşğul olan tədqiqatçılar üçün nəzərdə tutulub.

Nəşrin elmi redaktorları tarix elmləri doktoru Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: