Prezident İlham Əliyev Çili Prezidenti Sebastian Pinyeraya təbrik məktubu göndərib.
NUHÇIXAN-ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, Çili Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və tərəqqi diləyirəm”.