Məktəblilər Bilik Gününü Atçılıq və İstirahət Mərkəzində qeyd ediblər

192

NUHÇIXAN xəbər verir ki, 15 sentyabr–Bilik Günü münasibətilə Atçılıq və İstirahət Mərkəzində uşaqlar üçün əyləncəli proqram təşkil olunub. Zəngin repertuarı olan tədbirdə klounların iştirakı gecəyə xüsusi rəng qatıb.  Yay tətilinin son günlərini daha əyləncəli keçirmək istəyən məktəblilər velosiped və motosiklet sürməkdə, at minməkdə öz bacarıqlarını göstəriblər. Atçılıq mərkəzində “Qarabağ”, “Ərəb”, “Midilli”, “Poni” və başqa at növləri saxlanılır. Balaca çaparların isə ən çox marağına səbəb olan poni cinsli atlar olub. Qeyd edək ki, burada saxlanılan atlar həm idman oyunları, həm də müalicə məqsədilə istifadə edilir.

Mərkəzdə istirahət edənlər üçün pnevmatik tüfəngdən-tirdən atəş açmağa da şərait yaradılıb. Təbii ki, bu əyləncə də onların ürəyincə olub.

Məktəblilər arasında həmçinin  müxtəlif oyunlar, yarışlar da  keçirilib. Əyləncə zamanı şarlardan çıxan sürpriz hədiyyələr uşaqları daha da sevindirib.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: