NUHÇIXAN-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov “Report”a açıqlamasında bildirib ki, payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də daxil olacaq: “Bu il qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də daxil olacaq”.
Onun sözlərinə görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək: “Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır”.
Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.