İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı

162

NUHÇIXAN xəbər verir ki, İspaniyanın nüfuzlu “El Confidencial” və “El Diario” qəzetlərinin elektron versiyasında “EFE” xəbər agentliyinə istinadən “Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə sadiq qaldığını bir daha vurğuladı” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə Türkiyənin sadiq qaldığını bir daha bəyan edib və vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Türkiyə-Ermənistan sərhədləri açılmayacaq.

Türkiyə Prezidenti çıxışında bildirib ki, qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Qeyd edilir ki, bunu Türkiyə Prezidenti Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda bəyan edib. O, bu paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə iştirak edib. Bakı şəhərinin ən böyük meydanı olan Azadlıq meydanında çıxış edən R.T.Ərdoğan bildirib ki, Azərbaycanın sevinci Türkiyənin sevincidir, Azərbaycanın problemi Türkiyənin problemidir.

İspan KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından da sitatlar gətiriblər. Prezident vurğulayıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri olub.

Məqalədə Bakının 100 il əvvəl azad edilməsi tarixindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, onun ağır nəticələrindən bəhs olunur. Qeyd edilir ki, Ermənistan ordusu zor tətbiq etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, “bufer zona” adı altında digər rayonlarını da işğal edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: