Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanı ələ salır

328

Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı həqiqəti əks etdirməyən və yalan bəyanatlar səsləndirməyə davam edir.

NUHÇIXAN-ın məlumatına görə, analitik Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın öz “facebook” səhifəsindən etdiyi açıqlamasına görə, guya Azərbaycan Silahlı Qüvvələri Tavşanlı rayonunun Koti kəndini atəşə tutaraq 60 yaşlı yerli sakini yaralayıb. Lakin Nikol Paşinyanın səsləndirdiyi digər bəyanatlar kimi, bu bəyanat da həqiqətləri əks etdirmir. Bu zaman sual olunur: Niyə N.Paşinyan yalan bəyanatlar səsləndirməyə davam edir? Çünki N.Paşinyan bu cür bəyanatlarla çıxış etməklə xalqının diqqətini yayındırmağa, xüsusilə də bu yolla öz hakimiyyətini qoruyub saxlamağa çalışır. Bəs Ermənistan baş nazirini bunu etməyə vadar edən səbəb nədir? Buna səbəb Paşinyanın öz siyasi bacarıqsızlığını və həyata keçirdiyi uğursuz siyasəti ört-basdır etməyə çalışmasıdır. Bu da Nikol Paşinyanın siyasi səriştəsizliyindən xəbər verir.

“Digər tərəfdən, bir məqamı da diqqətinizə çatdırmaq istərdim ki, erməni KİV-lərində çıxan xəbərləri yaxından izləsəniz görərsiniz ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra bu cür qeyri-dəqiq məlumatlar daha geniş yayılmağa başlayıb. Görünür, Ermənistan Müdafiə Nazirliyi təmas xəttində baş verən proseslərlə bağlı N.Paşinyana yalan məlumatlar verməklə onu ələ salırlar. Bir sözlə, Ermənistanın dövlət qurumları öz fəaliyyətləri barədə yalan məlumatlar verməklə N.Paşinyanı, o isə bu yalanlarla bütün xalqını aldadır. Bundan əlavə, bütün bu faktlar onu sübut edir ki, Ermənistan hökumətində özbaşınalıq hökm sürür” – deyə E.Aşırlı bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: