Əlahiddə Ümumqoşun Orduda təlim keçiriləcək

162

Azərbaycan Respublikası Müdafi nazirinin  təsdiq etdiyi plana əsasən, sentyabrın 18-dən 21-dək Naxçıvan Qarnizonunda yerləşən bütün birləşmə və hissələrin  iştirakı ilə  təlimə start veriləcək.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, keçiriləcək komanda-qərargah təlimi Əlahiddə Ümumqoşun Ordunun “Tam müdafiə” döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşolon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının  və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin “Həyacan” siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzularını əhatə edir.

Təlim ssenarisinə uyğun olaraq praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələrin təlim ərazisinə çıxarılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: