Azərbaycanın xarici işlər naziri Çində işgüzar səfərdədir

139

Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun sentyabrın 18-20-də Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çində işgüzar səfərdədir.

XİN-nin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, nazir Elmar Məmmədyarov “Avrasiyada inklüziv rəqəmsal inkişaf” adlı paneldə çıxış edərək inklüziv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətlər və təcrübə barədə danışacaq.

Səfər əsnasında, həmçinin Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: