Çempionatda ardıcıl üç oyunda məğlub olan “Fənərbağça” beşinci turda nəhayət qalib gəlib

153

Futbol üzrə Türkiyə Superliqasının beşinci turunda “Fənərbağça” komandası səfərdə “Konyaspor”la qarşılaşıb.

NUHÇIXAN xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu meydan sahiblərinin qapısından matçın 67-ci dəqiqəsində “Fənərbağça”nın futbolçusu Elif Elmas keçirib. Beləliklə Türkiyə futbolunun liderlərindən biri “Fənərbağça” yeni mövsümdə çempionatda üç ardıcıl məğlubiyyətdən sonra beşinci turda qalib gəlib.

Bu qələbə sayəsində fənərbağçalılar xallarının sayını 6-ya çatdıraraq lider “Qalatasaray”la arasındakı xal fərqini azaldıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: