Kəngərli məktəbliləri Bilik Gününü qeyd edib

358

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində Bilik Günü qeyd edilib. Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd edib ki,   2017-2018-ci tədris ilində rayonun orta məktəblərini 163 şagird bitirib, onlardan 116-sı ali, 34-ü isə orta ixtisas məktəblərinə sənəd verib. 85 məzun ali məktəblərə, 18-i orta ixtisas məktəblərinə qəbul olub. Ali məktəblərə qəbulda 15 nəfər 500-700 intervalında bal toplayıb. Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Elvariz  Məmmədov 695 bal toplayaraq, Prezident təqaüdünə layiq görülüb.

Tədbirdə digər çıxış edənlər Kəngərli rayonunda təhsilə göstərilən diqqət və qayğıdan danışıb, şagirdləri təbrik ediblər.

Sonra Bilik Günü münasibətilə şagirdlər şeirlər səsləndiriblər.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: