Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək

396

NUHÇIXAN xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İbadulla kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada əsasən yerli məhsullar satışa çıxarılır. Xüsusilə də kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara daha çox üstünlük verilir.

Xidmət mərkəzində işlə təmin olunan dərzi Rüqəyya Səfərova muxtar respublikada peşə adamlarının qayğı ilə əhatə olunduğunu bildirib, yaradılan şəraitə görə minnətdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: