Orfoqrafiya Komissiyasının yekun iclası keçirilib

180

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Orfoqrafiya Komissiyasının yekun iclası keçirilib.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, iclasa sədrlik edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə orfoqrafiya məsələləri ilə bağlı mətbuatda bu günə kimi 300-dən artıq məqalənin dərc edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, bu müddətdə Azərbaycan ictimaiyyəti yeni orfoqrafiya qaydaları ilə bağlı fikirlərini bölüşüb və onlar nəzərə alınıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Orfoqrafiya Komissiyasının işçi qrupu müzakirə prosesində çox diqqətli olmağa çalışıb. O deyib: “Statistik məlumat son dərəcə obyektivdir. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparılıb, ictimaiyyət öz fikrini bölüşüb”.

İ.Həbibbəyli yeni orfoqrafiya qaydaları təsdiq olunarkən dildə gedən proseslərin, ictimai və mütəxəssis rəylərinin, eləcə də dilin özünün uyğunluğunun nəzərə alındığını deyib.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Orfoqrafiya Komissiyasının işçi qrupunda 15 nəfər tanınmış dilçi alim təmsil olunub. O, ötən müddətdə işçi qrupunun yeddi iclasının keçirildiyini, mətbuatda orfoqrafiya məsələləri ilə bağlı gedən müzakirələrin izlənildiyini və materialların toplanıldığını söyləyib.

İclasda, həmçinin akademiklər Rafael Hüseynov, Kamal Abdullayev, professorlar Nazim İmanov, Sayalı Sadıqova, İsmayıl Məmmədli və Buludxan Xəlilov çıxış edərək fikirlərini bölüşüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: