Nəsrivaz kəndində yeni filmin nümayişi olub

322

NUHÇIXAN-ın verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan kinosu günü” layihəsi  çərçivəsində Naxçıvan  Dövlət Film Fondu Ordubad rayonu Nəsirvaz kəndinin ictimaiyyətinə “Üçüncü günün adamı” filmini nümayiş etdirib. Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film  Fondunun aparıcı-mütəxəssisi Şənhəyat Səfərova filmin yaradıcı heyəti haqqında məlumat verib. Qeyd edib ki, “Üçüncü günün adamı” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2017-ci ildə lentə alınıb.                 

Psixoloji dram janrında çəkilən film  kənd ictimaiyyəti tərəfindən  böyük maraqla qarşılanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: