Dünyada kiberhücumların sayı 47 faiz artıb

200

2018-ci ilin ikinci rübündə dünyada kiberinsidentlərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz artıb, məqsədli haker hücumlarının payı 54 faiz, kütləvi hücumların isə 46 faiz təşkil edib. Bu barədə informasiya təhlükəsizliyinin təmini texnologiyalarında ixtisaslaşan “Positive Technologies” şirkətinin məlumatında deyilir.

NUHÇIXAN “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, məxfi məlumatların oğurlanmasına yönələn kiberhücumların sayında artım müşahidə olunur. Cinayətkarlar ən çox fərdi (31 faiz) və hesab məlumatlarının (22 faiz), o cümlədən fərdi şəxslərin onlayn bank parollarının ələ keçirilməsinə maraq göstəriblər. Onlar əsasən müxtəlif onlayn platformaların – internet mağazaları, biletlərin satışı və hotellərin bron edilməsi servislərinin və s. ələ keçirilməsi vasitəsilə oğurlanıb.

Məlumata görə, ən geniş yayılmış hücum metodları zərərli proqram təminatından istifadə olaraq qalır. İnternet resurslarına hücumların payı isə 23 faizdən 32 faizədək yüksəlib. Bundan əlavə, “Əşyalar interneti” qurğularına hücumlarda artım müşahidə olunur ki, bunu da şirkət analitikləri “PyRoMineIoT”, “Muhstik” və “Wicked Mirai” kimi yeni botnetlərin yaranması ilə izah edirlər.

İkinci rübün ikinci yarısında “Verge”, “Monacoin”, “Bitcoin Gold”, “ZenCash”, “Litecoin Cash” kimi kirptovalyuta şəbəkələrinə çoxlu hücumlar qeydə alınıb. Hücumlar nəticəsində cinayətkarlar ümumilikdə 100 milyon dollar məbləğində vəsait ələ keçirməyə müvəffəq olublar. Belə hücumların payı da 2017-ci ilin analoji dövrü ilə müqayisədə artıb.

Tədqiqatda, həmçinin qeyd olunur ki, dövlət təşkilatları kibercinayətkarların ən sevimli hədəfi olaraq qalır. Onları ilk növbədə kommersiya sirri, məsələn, əməkhaqqı cədvəlləri, əmək müqavilələri və digər məxfi sənədlər maraqlandırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: