“Tokio-2020”: BOK istilər səbəbindən Yaponiyaya yay vaxtına keçməyi məsləhət görür

160

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Olimpiya Oyunlarının təşkilatçılarının yarışların keçirilməsi dövründə Tokioda yay vaxtına keçmək ideyasını dəstəkləyib. Təşkilatçılar bu yolla idmançılara və tamaşaçılara isti yayın təsirini azaltmağı ümid edirlər.

NUHÇIXAN xəbər verir ki, BOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Con Kouts deyib: “Marafon və bu kimi tədbirlər səhər tezdən başlayacaq. Lakin günəş çox erkən çıxır. Yay vaxtına keçid ideyası yaxşı qərardır. Biz ölkədə olan vəziyyətə diqqət yetirəcəyik. İstinin iştirakçılara və tamaşaçılara mümkün təsirinin nəticələrini nəzərə almaq çox vacibdir”.

2020-ci il Olimpiadası iyul-avqustda, Yaponiyada ilin ən isti aylarında keçiriləcək.

Qeyd edək ki, bu ilin yayında anomal istilər səbəbindən Yaponiyada təxminən 120 nəfər həyatını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: