Qadınlar arasında ağır atletika üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

132

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçirilir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edir.

NUHÇIXAN xəbər verir ki, körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. 20-23 yaşlı qadın atletlərin qruplarında qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşib.

Yaşı 20-yə qədər olan gənc qadınlar arasında qızıl medala toplam 170 kiloqram (70+100) nəticə və 246,30 xalla Səbinə Əzimova layiq görülüb. Anna Opanasyuk 178,17 xalla ikinci, Fidan Abdurrəhmanova isə 168,78 xalla üçüncü yeri tutub.

Yaşı 23-ə qədər olan gənc qadınlar arasında isə fəxri kürsünün ən yüksək pilləsinə toplam 177 kiloqram (82+95) nəticə və 236,88 xalla Firuzə İbrahimova yüksəlib. Mərziyyə Məhərrəmova (233,06) ikinci, Günel Vəliyeva (215,77) üçüncü pillədə qərarlaşıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: