“Facebook” şirkəti “Rosetta” neyron şəbəkəsini istifadəyə verib

148

ABŞ-ın “Facebook” şirkəti tərəfindən “Instagram” ilə birgə işlənib hazırlanmış “Rosetta” neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Bu haqda şirkətin saytında məlumat verilib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, süni intellekt real vaxt rejimində “Facebook” və “Instagram”ın milyarddan çox əlçatan şəkli, həmçinin videoçarxlardan mətni əldə edə və onu mətnin tanınması modelinə daxil edə bilir.

“Facebook”un nümayəndələri dəqiqləşdiriblər ki, “Rosetta” neyron şəbəkəsi şəkillərin keyfiyyətli axtarışı və avtomatik spam axtarışı üçün tətbiq edilə bilər. Bu neyron şəbəkə, həmçinin şəkillərdəki aqressiv və təhqiredici məzmunu axtarıb tapa bilir.

Həmin neyron şəbəkənin əsasını 2015-ci ildə “Facebook”un mütəxəssisləri tərəfindən işlənib hazırlanmış mətnin optik tanınması texnologiyası təşkil edir. Hazırda “Rosetta” bir neçə dili tanıya bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: