Azərbaycanın 3 güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib

68

Azərbaycanın 3 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində start götürən Avropa çempionatında yarımfinala yüksəlib.

Naxcivantv.az-ın məlumatına görə, bunlar Eldəniz Əzizli, Elvin Mürsəliyev və İslam Abbasovdur. Mürsəliyev ardıcıl olaraq, italiyalı və polşalı rəqiblərini üstələyib. Abbasov israilli və macarıstanlı rəqiblərindən üstün olub.

Mübarizəyə 1/4 finaldan başlayan Eldəniz Əzizli isə gürcüstanlı rəqibini mübarizədən kənarlaşdırıb.

Hər 3 güləşçi yarımfinalda Rusiya təmsilçiləri ilə qarşılaşacaq.

55 kq

1/2 final. Eldəniz Əzizli – Vasili Topoyev (Rusiya)

1/4 final. Nuqzari Tsurtsumiya (Gürcüstan) – Eldəniz Əzizli

63 kq

1/8 final. Levani Kavjaradze (Gürcüstan) – Taleh Məmmədov – 4:0

77 kq

1/2 final. Elvin Mürsəliyev – Roman Vlasov (Rusiya)

1/4 final. Elvin Mürsəliyev – Matuş Lukaş Volni (Polşa) – 7:2

1/8 final. Elvin Mürsəliyev – Rikkardo Vito Abbreşia (İtaliya) – 12:8

87 kq

1/2 final. İslam Abbasov -Bekxan Ozdoev (Rusiya)

1/4 final. İslam Abbasov – Viktor Lorinç (Macarıstan) – 3:1

1/8 final. İslam Abbasov – Roman Jernovetski (İsrail) – 9:0

130 kq

1/8 final. Vladislav Voronyi (Ukrayna) – Türmən Eyyubov – 3:0

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: