Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş festival keçiriləcək

81

Fransada mayın 14-dən 17-dək pianoçuların Adilə Əliyevanın adını daşıyan 12-ci Beynəlxalq Festivalı keçiriləcək.

Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, festival Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunub. Fransada yaşayan soydaşımız Adilə Əliyeva adına beynəlxalq musiqi müsabiqəsinin keçirilməsi ənənə halını alıb və Avropanın, həmçinin ABŞ-ın musiqi ictimaiyyətinin böyük marağına səbəb olub.

İndiyədək bu müsabiqənin qalibləri Doyçe qramofon, Soni, Fransa radiosu, Nyu-York filarmoniyasının orkestri, Karneqi holl və digər bu kimi nüfuzlu yerlərdən, İngiltərə, Almaniya və Avstriyadan dəvətlər alıb, Parisdə ödənişsiz təhsil almaq imkanı qazanıb və yaxşı təqaüdlə təmin olunublar.

Uzun illərdir Fransada keçirilən müsabiqə öz imkanları çərçivəsində, Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarır, onları tanıdır və gənc musiqiçiləri musiqi təhsilini inkişaf etdirməyə şərait yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: