“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı Rusiyada çapdan çıxıb

150

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı Rusiya Federasiyasının Orexova-Zuevo vilayətində Dövlət Humanitar Texnologiya Universitetinin nəşriyyatında rus dilində çap olunub.

Kitabın müəllifləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun əməkdaşları, professor Əliyar İbrahimov, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimov, Ramiz Ələkbərov, Azərbaycan Dövlət Aqrar Universitetinin elm şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbas İsmayılov, kimya üzrə fəlsəfə doktoru, dosent Vahid Quliyev və Naxçıvan Dövlət Universitetinin baş müəllimi Əli Qurbanovdur.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, yeni nəşrdə Naxçıvanın flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusilə müalicəvi təsiri olan dərman bitkilərinin yayılma zonaları müəyyənləşdirilib, onların tərkibindəki bioaktiv maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyəti araşdırılıb. Kitabda, həmçinin Naxçıvan florasında yayılmış dərman bitkilərinin təbiətdəki müasir vəziyyəti və təbii ehtiyatı bol olan bu növlərin mövcud yayılma zonaları müvafiq xəritələrdə verilib. Dərman bitkilərinin rəngli fotoşəkilləri, yayıldığı ərazilər, kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti, eyni zamanda, bu bitkilərinin toplanılması, qurudulması və saxlanması qaydaları göstərilib.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ərəfəsində hazırlanan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Elşad Qurbanovdur. Kitaba AMEA-nın müxbir üzvləri Saleh Məhərrəmov və Tofiq Məmmədov rəy veriblər.

Nəşr muxtar respublikada mövcud olan 132 növ rəsmi dərman bitkisinin sistematik vəziyyəti, təbii və istismar ehtiyatı, kimyəvi tərkibi və yayılma zonaları haqqında geniş təsəvvür yaradan ilk kitabdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: