Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycanda səfərdədir.
NUHÇIXAN-ın məlumatına görə, bu gün Baş katibin ölkə rəsmiləri, eləcə də XİN-də görüşləri nəzərdə tutulur. Bundan başqa, ATƏT-in Baş katibinin Ələtdə limanı ziyarət edəcəyi də gözlənilir.
T.Qreminger həmçinin ADA Universitetində mühazirə ilə çıxış edəcək.