İspaniya yığması Xorvatiya millisinin qapısına altı cavabsız qol keçirib

159

Sentyabrın 11-də UEFA Millətlər Liqasının ikinci turuna yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, günün ən çox maraqla gözlənilən oyunu “Estadio Martinez Valero” stadionunda keçirilib. “A” liqasının 4-cü qrupunda yer alan Xorvatiya millisi İspaniya yığmasının qonağı olub. Görüş İspaniya millisinin böyük hesablı qələbəsi ilə başa çatıb (6:0). Meydan sahiblərinin heyətində Saul Niguez, Marko Asensio (2), Lovre Kaliniç (avtoqol), Rodrigo, Serxio Ramos, İsko fərqləniblər.

Bu liqanın 2-ci qrupunda yer alan İslandiya yığması isə Belçika millisini qəbul edib. Eden Hazard, Romelu Lukakunun (2) qolları sayəsində belçikalılar qələbə qazanıb.

Turun digər oyunlarında növbəti oyunlar keçirilib:

Bosniya və Herseqovina – Avstriya – 1:0

Finlandiya – Estoniya – 1:0

Macarıstan – Yunanıstan – 2:1

Moldova – Belarus – 0:0

San-Marino – Lüksemburq – 0:3.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: