Tənhalıq hissi özünə qapanmanı artırır

198

Özlərini tənha hiss edənlər onlara doğma olan insanlardan daha çox uzaqlaşmaq istəyirlər. ABŞ-ın Çikaqo Universitetinin mütəxəssisləri apardıqları tədqiqatların nəticəsində bu qənaətə gəliblər.

NUHÇIXAN xarici saytlara istinadla xəbər verir ki, alimlər 600 nəfərin iştirak etdiyi iki araşdırma aparıblar. İştirakçılar əvvəlcə özlərini nə qədər tənha hiss etdiklərini bildirən testdən keçiriliblər. Sonra psixoloqlar könüllülərin dost, qohum, tanış və özlərinə yad olan insanlara nə qədər yaxın məsafədə dayanmaq və ya oturmaq istədiklərini müşahidə ediblər.

Məlum olub ki, çox güclü tənhalıq hissi insanı ən doğmalarından iki dəfə uzaqlaşdırır. Bu hissin güclü olması insanlarla aradakı məsafəni artırmağa məcbur edir.

“Siz özünüzü kütlə və ya ailə həyatı içində də tənha hiss edə bilərsiniz. Əldə edilənlərlə arzulananların üst-üstə düşməməsi tənhalıq hissi yaradır”, – bu sözləri araşdırmalarda iştirak edən alimlərdən biri, psixiatriya və hərəkətin neyrobiologiyası üzrə mütəxəssis Stefani Kaçiopo deyib.

Alimlər yeni araşdırmanın bundan əvvəl onlar tərəfindən təqdim olunmuş evolyusion tənhalıq modelini bir daha sübut etdiyi qənaətindədirlər. Məsələ burasındadır ki, tənhalıq hissi beyində iki əks proqramı hərəkətə gətirir: sosial əlaqələrin genişləndirilməsi və özünümüdafiə. İkinci hiss insanları potensial təhlükə olaraq görür və onlarla məsafə saxlamağa məcbur edir. Bunun nəticəsində insanın daxilində gedən mübarizə tənhalıq hissini daha da artırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: