“Xəzinə axtarışı” intellektual oyunu keçirilib

182

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər paytaxtı seçilməsi ilə əlaqədar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Xəzinə axtarışı” intellektual oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, oyunda 18-29 yaş arasında olan gənclərdən ibarət 10 komanda iştirak edib. Hər komandanın tərkibi 5 nəfərdən təşkil edilib. 12 raunddan ibarət olan oyunun hər raundunda 1 tapşırıq verilib. Komandalar verilən sualların əsasında göstərilən rəqəmlər vasitəsilə açar sözləri tapıblar. Sonda həmin açar sözləri daha tez tamamlayıb cavabı düzgün deyən komanda qalib olub. Oyunun nəticələrinə əsasən “Şən oğlanlar” komandası I yerə, “Zirvə” komandası II yerə, “Diplomat” komandası isə III yerə layiq görülüb. Qalib komandalar və komanda üzvləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və fəxri fərmanlarla təltif olunublar.

                                                                                    Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: