Paşinyan baş nazir seçiləcəyi təqdirdə, ilk görəcəyi işi açıqladı

63

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçiləcəyi təqdirdə, ilk siyasi addımının nədən ibarət olacağını açıqlayıb.

NUHÇIXAN-ın məlumatına görə, N.Paşinyan baş nazir seçilərsə, ilk növbədə, ədalətli və şəffaf şəkildə parlament  seçkiləri  keçirəcəyini  bəyan  edib

O qeyd edib: “Etməli olduğumuz ilk iş qısa müddətdə ədalətli və şəffaf seçki keçirməkdir”.

Müxalif lider əlavə edib ki, o, baş nazir olacağı təqdirdə, Ermənistanda “korrupsiyanın kökü kəsiləcək, qanunun aliliyi işləyəcək”:

“İndi yeni hakimiyyətin tərkibi haqqında danışmaq tezdir. Mən sadəcə baş nazir vəzifəsinə namizədəm. Digər məsələlər barədə mən bu posta seçiləndən sonra danışarıq”.

Qeyd edək ki, aprelin 13-də Ermənistanda N.Paşinyanın rəhbərliyi ilə etiraz aksiyaları keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: