Normadan az və çox yatmaq sağlamlıq problemləri yaradır

165

Normal yata bilməmək böyük problemlər doğurur. Alimlərin araşdırmasına görə, hər gün minimum altı saat yatmaq lazımdır. Çünki yuxu enerjini artırır, stressi azaldır və sağlamlığın qorunub saxlanılmasına kömək edir.

NUHÇIXAN Rusiyanın mhealth.ru saytına istinadla xəbər verir ki, normal yuxu tsikli minimum altı, maksimum doqquz saat olmalıdır. Həmin dövrdə insan orqanizmində müəyyən müsbət mübadilə prosesləri gedir. Normal yuxunun zehnə və fiziki əmək fəaliyyətinə böyük təsiri var. Normal yatmayanlarda əsəb gərginliyi, süstlük, diqqət pozğunluğu və baş ağrısı meydana çıxa bilər.

Az yatmaq qədər çox yatmaq da bir sıra sağlamlıq problemləri yaradır. Uzunmüddətli yuxu ürək-qan-damar sisteminin pozulması və infarkta səbəb ola bilər. Eyni zamanda depressiya riski yüksək olur, intellekti zəiflədir, hamilə qalmağı çətinləşdirir, şəkər xəstəliyinə tutulmaq riskini artırır, kökəlməyə səbəb olur, ürəyə ziyan verir.

Sutkada 10-12 saat və daha artıq yatmaq orqanizmdə bir sıra proseslərin ləngiməsinə səbəb olur, eyni zamanda süstlük və fikrin cəmlənməsində problemlər yaradır.

Yatmağın orqanizmə təsirindən danışarkən yuxugörməni də qeyd etmək lazımdır. Belə ki, bəziləri gördükləri yuxulara görə hərəkət edir, enerjili və ya kefsiz olur. Bütün bunları nəzərə alanda yuxunun da sağlamlığa böyük təsir göstərdiyini qeyd etmək olar. Mütəxəssislərin fikrincə, yuxu insan psixologiyasına təsir etdiyi üçün yuxulara etinasız qalmaq da düzgün deyil.

Yuxu görüb-görməməkdən asılı olmayaraq normal yuxu rejimi yatıb sağlam və gümrah yaşamağa çalışmaq lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: