Üzüm yarpağının bilmədiyiniz faydaları

196

Yarpaq dolması bişirəndə istifadə etdiyimiz üzüm yarpağı ləzzətli olmaqla yanaşı, həm də faydalıdır.

Tərkibində yüksək faizdə olan A vitamini sayəsində göz sağlamlığını qorumağa yardımçı olur, sink sayəsində dərinin sağlamlığını qoruyur. Bunlarla yanaşı ağız sağlığında müsbət təsirlərə sahibdir.

NUHÇIXAN sizə üzüm yarpağının faydalarını təqdim edir:

Göz sağlamlığını qoruyur

Üç tənək yarpağından ibarət bir pors yemək bədənə 124 mikroqram A vitamini verir. Bu, gündəlik A vitamini ehtiyacının 10 faizdən çoxudur. Retinol olaraq da tanınan bu vitamin görmə keyfiyyətini artırır.

Bununla yanaşı A vitamini antioksidant kimi də işləyir – xroniki xəstəliklərin inkişafının və erkən yaşlanmanın qarşısını alır.

Bağırsaqları qoruyur

Tənək yarpağı bağırsaq mikroflorasını qoruyur və bərpa edir.

Baş ağrılarında kömək edir

Qədimdən üzüm yarpağı baş ağrısı “dərmanı” kimi istifadə olunur. Bu xüsusiyyətindən faydalanmaq üçün bir neçə üzüm yarpağını suda 15 dəqiqə qaynadıb suyunu içə bilərsiniz.

Ağız yaralarını sağaldır

Tənək yarpağı ağız içində çıxan yaralara qarşı olduqca təsirlidir. Antimikrobik xüsusiyyətləri sayəsində həm yara, həm diş əti problemlərini, o cümlədən ağız qoxusunun qarşısını almağa kömək edir, diş çürüməsinə yol açan bakteriyaların artmasını əngəlləyir. Bu təsirindən faydalanmaq üçün bir neçə tənək yarpağını suda qaynatdıqdan sonra soyumasını gözləyin və bu su ilə qarqara edin.

Arıqlamağa kömək edir

Tənək yarpağı ilə arıqlamanı sürətləndirə bilərsiniz. İnsana bədəninin ehtiyac hiss etdiyi enerjini verən üzüm yarpağı orqanizmdən toksinlərin atılmasına kömək olur, həzm müddətini dəstəkləyir və qəbizliyi aradan qaldırır. 1 litr suya 50 qram tənək yarpağı atın və az odda qaynadın. Qaynamağa başlayanda ocaqdan götürün və 15 dəqiqə saxlayın. Sonra süzün və yeməklərdən sonra 1 fincan için.

Saç problemlərinin qarşısını alır

Saçların sağlamlığını təmin etmək, kəpəyi aradan qaldırmaq və tökülməsinin qarşısını almaq üçün üzüm yarpağından istifadə edilir. Tənək yarpaqlarını qaynadaraq, onun suyu ilə saçları yumaq fayda verir.

Üzüm yarpağının zərərləri

Üzüm yarpağının bilinən təhlükəli bir zərəri yoxdur, ancaq ölkəmizdə adətən duza qoyulmuş şəklindən istifadə edilir. Bu isə yüksək təzyiq və böyrək xəstələri üçün zərərli ola bilər. Bu təsirini azaltmaq üçün istifadədən əvvəl mütləq suda saxlanmalı və artıq duzu aparılmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: