Sabah Məhərrəm ayı başlayır

350

NUHÇIXAN xəbər verir ki, sabah-sentyabrın 11-i Hicri təqvimi ilə 1440-cı il Məhərrəm ayının biridir. Hicri təqvimində il Məhərrəm ayından başlayır. Məhərrəmin  10-cü günü-Aşura sentyabrın 20-nə təsadüf edəcək. İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) nəvəsi imam Hüseyn(ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Məhərrəm ayının 10-da Kərbəlada şəhid olublar. Müsəlmanlar məhz bu səbəbdən Aşura gününü  xüsusi olaraq qeyd edirlər. Ölkəmizdə dindarlar tərəfindən həmin gün təziyə, yas  mərasimləri keçirilir. Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva  verib. Fətvaya əsasən təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil edilməli, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: