İqor Dodon: Yük maşını polis avtomobilini buraxaraq üstümüzə tərəf gəldi

272

Moldova prezidenti İqor Dodon bazar günü düşdüyü yol qəzasını müəmmalı hadisə adlandırıb.

NUHÇIXAN-ın məlumatına görə, Moldovanın “Komsomolskoy pravdı” nəşrinə geniş müsahibə verən İ.Dodon yol qəzasının sui-qəsd olması barədə fikirləri şərh edərkən deyib: “Mən indidən hər hansı konkret rəy bildirmək istəmirəm. Bu işlə məşğul olan məsul hüquq-mühafizə orqanları var, onlar araşdırma aparırlar. Biz qayda üzrə hərəkət edirdik, yol hərəkətində heç bir qayda pozuntusu yox idi. Yük maşını polis avtomobilini buraxdıqdan sonra içərisində olduğum avtomobilə tərəf istiqamət aldı”.

İ.Dodon yol qəzasına düşən ailə üzvlərinin də vəziyyətinin normal olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: