Tez-tez şokolad yeyənlərin nəzərinə

271

İmtina edə bilmədiyimiz qidalardan biri olan şokoladın insan orqanizminə həm faydaları, həm də zərərləri var.

NUHÇIXAN-ın məlumatına görə, şokolad E və B vitaminləri, dəmir, maqnezium, kalsium ilə olduqca zəngindir.

Mütəxəssislər hər gün az miqdarda acı şokolad yeməyin qan laxtalanması və qəfil infarkt riskini azaltdığını bildirirlər.

Xüsusilə qadınların psixologiyasına müsbət təsir göstərən şokolad beyin qanaması riskini azaldır, stressi azaldaraq insana xoşbəxtlik bəxş edir (endorfin hormonunu yüksəltmək yolu ilə), qandakı şəkər miqdarını tarazlaşdırır.

Lakin bütün bunlar yalnız acı şokolada aiddir. Əksər insanların xoşladığı südlü şokolad, ağ şokolad bu faydalı xüsusiyyətlərdən məhrumdur. Belə şokoladın istehlakı orqanizmə faydadan çox ziyan vurur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: