Naxçıvanda “Milli geyimlər festivalı” keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda bu gün “Milli geyimlər festivalı” keçirilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları və digər kollektivlər xalq mahnıları, milli rəqslər ifa ediblər. Naxçıvanda fəaliyyət göstərən teatrların aktyorlarının ifasında müxtəlif kompozisiyalar təqdim olunub.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıb.
NUHÇIXAN həmin videomaterialı sizə təqdim edir:
Aygün Hüseynli
Gülməmməd Əliyev