“Ferrari”yə bolidlərdəki kameraya soyuducu paketlər örtmək qadağan edilib

173

Formula 1-in yarış direktoru Çarli Uaytinq qeyd edib ki, FIA (Beynəlxalq Avtomobil Federasiyası) “Ferrari”yə pilotun başındakı kameraya soyuducu paket örtməyi qadağan edib. İtaliya komandası bunu guya elektronikanı soyutmaq üçün edir, lakin bəzi rəqiblərin fikrincə, “Ferrari” bu üsulla sükan çarxı və cihaz paneli ilə hansısa manipulyasiyaları gizlətməyə çalışır. Belə ki, buz paketi kamera çəkilişini əngəlləyir. FIA-nın tövsiyəsi əsasında İtaliya Qran-Prisində soyuducu paket götürülsə də, “Ferrari” onu çətirlə əvəz edib.

NUHÇIXAN xəbər verir ki, Çarli Uaytinqin sözlərinə görə, digər federasiyalar və komandalar kamera görüntüsünün məhdudlaşdırılmasından narazı qalıblar. “Ferrari” buna cihazın qızması fikri ilə bəraət qazandırıb. “Kameraların sükanı və cihaz panelini çəkməsinə icazə verilməsə, söz-söhbət yaranacaq. Əminəm ki, bu məsələdə qanunazidd heç nə yoxdur, çünki “Ferrai”nin istifadə etdiyi proqram təminatı FIA-ya dəqiqliyi ilə məlumdur”, – deyə Formula 1-in yarış direktoru bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: