Azərbaycanda keçiriləcək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci konfransı barədə müzakirələr aparılacaq

147

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) Böyük Britaniyada keçiriləcək 44-cü illik konfransında iştirak edəcək.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, konfrans sentyabrın 9-dan 14-dək IAEA-nın və Oksford Universitetinin birgə təşkilatçılığı ilə “Qiymətləndirmə və Big data” mövzusunda keçiriləcək.

Tədbirdə M.Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətimizin üzvləri 2019-cu il sentyabrın 22-dən 27-dək Bakıda keçiriləcək IAEA-nın növbəti – 45-ci illik konfransının təqdimatını edəcəklər. Belə ki, ölkəmizdə “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, alt mövzular, qonaq mühazirəçilər, tədbirin təşkil ediləcəyi məkan və s. haqqında iştirakçılara məlumat veriləcək. Konfransda, həmçinin DİM-in əməkdaşının qiymətləndirmə zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması mövzusunda məruzəsi dinləniləcək.

Konfransda “Təhsilin qiymətləndirilməsində böyük və kiçikhəcmli dataların (məlumatların) istifadəsi”, “Big data əsasında qiymətləndirmənin (tədris, öyrənmə) mahiyyəti. Dünya praktikasından nümunələr”, “Big data – qiymətləndirmə metodlarında yeni üsullar”, “Big data – mövcud qiymətləndirmə prosesləri və imkanları”, “Big data – validlik və relevantlıq məsələləri”, “Big data – qiymətləndirmə zamanı əldə edilən tərəqqi və nailiyyətlər” mövzularında təqdimatların ediləcəyi nəzərdə tutulub.

IAEA-nın 44-cü illik konfransı barədə ətraflı məlumatı www.iaea2018.org linkindən əldə etmək mümkündür.

Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə illik beynəlxalq konfranslar təşkil edir. DİM də uzun illərdir ki, biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: