Damarları təmizləyən, ürəyi qoruyan yağlı məhsul

464

Belə hesab olunur ki, yağlı məhsullar ürəyə ziyan vurur, damarların tıxanmasına, aterosklerozun inkişafına səbəb olur.

Lakin bunu  bütün yağlı məhsullara aid etmək olmaz. Əksinə bəzi çox yağlı məhsullar ürəyin fəaliyyətini yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun riskini azaldır.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu ilk növbədə yağlı pendir növlərinə aiddir.

Dublin Universiteti kollejinin (İrlandiya) alimləri elmi araşdırmanın nəticələrinə əsaslanaraq sübut edir ki, yağlı pendir ürək üçün ən faydalı məhsullardan biridir. Bunun səbəbi pendirin pendirin xüsusi struktiri və tərkibində olan kalsium və kazein zülalıdır.

Araşdırmanın iştirakçıları 6 ay ərzində hər gün 120 qr yağlı pendir istehlak edirdi. 6 aydan sonra aparılan müayinələr göstərib ki, onlarda xolesteinin səviyyəsi xeyli aşağı düşüb. Alimlərin fikrinə görə, bu infarkt və insultdan ölüm riskini 42% azaldır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: