Naxçıvanda “Milli geyimlər festivalı” keçirilib - FOTOLAR

1. 276

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda bu gün “Milli geyimlər festivalı” keçirilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları və digər kollektivlər xalq mahnıları, milli rəqslər ifa ediblər.  Naxçıvanda fəaliyyət göstərən teatrların aktyorlarının ifasında müxtəlif  kompozisiyalar təqdim olunub.

Festivalda müxtəlif geyim və rəsm sərgilərində  əl işləri, qədim dövrlərə aid muzey eksponatları nümayiş olunub. Xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilənin nümayişi tədbirə əlavə rəng qatıb. Azərbaycanın bütün bölgələrinə aid milli geyimli gənclərin əllərində oxunması zəruri olan kitablarla festivalda gəzməsi marağa səbəb olub.

Festivalda yerli sakinlərlə bərabər əcnəbi turistlər və «Naxçıvan: İslam Mədənıyyətının Paytaxtı» adlı beynəlxalq konfransa qatılan qonaqlar da iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: