Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb

185

Sentyabrın 7-də futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində saat 20:00-da başlayacaq matçda qarşılaşacaq Azərbaycan və Kosovo komandalarının start heyətləri açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan yığmasının start heyətində Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Mahir Mədətov, Urfan Abbasov, Emin Mahmudov, Ruslan Qurbanov, Riçard Almeyda, Ramil Şeydayev, Bədəvi Hüseynov yer alacaqlar.

Kosovo millisinin ilk onbirliyində isə meydana Aykani, Aliti, Şala, Kriyeziu, Celina, Zeneli, Raxmani, Voyvoda, Murici, Pacarada, Jeqrova çıxacaqlar.

Bakı Olimpiya stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Ola Hobber Nilsen olacaq. Ona Harald Qronevik, Oskar İsaksen və Simon İtterland kömək edəcəklər. Espen Andreas Eskas və Tom Harald Haqen əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Portuqaliyalı Lusilio Kardozo Kortez Batista matçın hakim-inspektoru, hollandiyalı Martin Sturkenbum isə UEFA nümayəndəsi olacaq. Matç “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Milli komandamızın yer aldığı qrupun digər görüşündə Farer Adaları seçməsi Malta yığmasını qəbul edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: