İran, Türkiyə və Rusiya prezidentlərinin Tehranda keçirilən zirvə görüşü başa çatıb

385

Sentyabrın 7-də İran, Türkiyə və Rusiya prezidentlərinin Tehranda keçirilən zirvə görüşü başa çatıb.

NUHÇIXAN xəbər verir ki, zirvə görüşündən sonra hər üç prezident birgə bəyanatla çıxış ediblər.

Həsən Ruhani bildirib ki, danışıqlar müsbət nəticələnib və tərəflər bir sıra məsələlər ətrafında vahid mövqedən çıxış edəcəklər. Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı hərbi iştirakı qanunsuzdur və bunun qarşısı alınmalıdır.

Rusiya prezidenti Vladimir Putin diqqətə çatdırıb ki, Suriyanın İdlib bölgəsində təxribatlar hazırlanır. Bu da hərbi əməliyyatlara rəvac verir. Lakin hərbi əməliyyatların davam etməsi heç bir tərəfin maraqlarına uyğun deyil. V.Putin qeyd edib ki, Tehranda keçirilən görüş səmərəli olub və Suriya probleminin sülh yolu ilə həlli istiqamətində atılan əhəmiyyətli addımdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Suriya hökumətinin İdlib bölgəsində hərbi əməliyyatlar keçirmək niyyəti yolverilməzdir. Hərbi əməliyyat Türkiyəyə yeni qaçqın axınına səbəb olacaq. Türkiyədə 4 milyondan çox qaçqın var və onun bundan çox qaçqın qəbul etmək imkanı yoxdur. Türkiyə prezidenti münaqişənin uzun sürməsində ABŞ-ı günahlandırıb.

Qeyd edək ki, İran, Türkiyə və Rusiya prezidentlərinin növbəti zirvə görüşü Moskvada keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: