Mariya Zaxarova: Rusiya ilə Azərbaycan arasında dialoq durmadan inkişaf edir

125

Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına görə fərəh hissi keçirir. Bakı ilə bizim dialoqumuz durmadan inkişaf edir. Bu inkişafın çox böyük potensialı var.

NUHÇIXAN xəbər verir ki, RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirilən brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə rəsmi səfərinin yekunlarını şərh edərkən söyləyib.

İki ölkə arasında regional əməkdaşlığın səmərəli olmasını vurğulayan M.Zaxarova deyib: “Rusiya ilə Azərbaycanın regional əməkdaşlığının səmərəliliyini göstərən faktlar var. Rusiya-Azərbaycan münasibətlərində mühüm elementlərdən biri də RF subyektlərinin Azərbaycan Respublikası ilə çoxtərəfli əməkdaşlığıdır. Bu əməkdaşlıq Rusiya regionlarının hökumətləri ilə Azərbaycan hökuməti arasında sazişlər əsasında inkişaf edir. Hazırda 17 bu cür saziş qüvvədədir, daha bir neçə yeni saziş hazırlanır. Azərbaycan ilə regionlararası əlaqələrin səmərəliliyinə aşağıdakı faktlar dəlalət edir: Bakıda Dağıstanın, Tatarıstanın nümayəndəlikləri, “Ural” Ticarət Evi QSC, “Tatarıstan” Ticarət Evi, bir sıra regional aviaşirkətlərin (“Başkirsikiye avialinii”, “Pulkovskiye avialinii”, “Samarskiye avialinii”, “Uralskiye avialinii”), Rusiyanın bəzi biznes qurumlarının, “AvtoVAZ”ın rəsmi dilerinin, “Xazar-Lada”nın, “Vostok-Servis” şirkətlər qrupunun nümayəndəlikləri açılıb.

M.Zaxarova xatırladıb ki, azərbaycanlı sahibkarlar Yessentuki şəhərində sanatoriya-kurort mərkəzinin, Krasnodar diyarında qida məhsulları istehsal edən zavodların tikintisinə sərmayə qoyublar, Kabarda-Balkar Respublikasında, Dağıstanda layihələr həyata keçirilir. Hər il təşkil olunan Rusiya-Azərbaycan Regionlararası Forumu məkanında yeni əməkdaşlıq layihələri hazırlanır və müzakirə edilir.

Rusiya XİN-in rəsmi nümayəndəsi sonda deyib: “İndi növbəti, sayca doqquzuncu foruma hazırlıq gedir. Hazırlıq işləri başa çatandan sonra biz həmin forumun keçirilməsi barədə daha ətraflı məlumat verəcəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: