Kəngərlidə könüllü qanvermə aksiyası keçirilib

162

NUHÇIXAN xəbər verir ki, aksiyada məqsəd talassemiya və hemofiliya xəsətəliyindən əziyyət çəkənlərə köməklik göstərməkdir. Bunun üçün əvvəlcədən Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən hər bir donor müayinə olunub. Ümumilikdə 13 nəfər könüllü qanvermə aksiyasında iştirak edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hemotoloji şöbəsində 68 nəfər hemofiliyalı, 34 nəfər talassemiyalı xəstə qeydiyyatdadır. Onlar daimi olaraq dövlət səviyyəsində qayğı ilə əhatə olunublar. Mərkəzi Qan Bankı növbəlilik əsasında 24 saat fəaliyyət göstərməklə təkcə Naxçıvan Muxtar Respublika Xəstəxanasını deyil, həm də rayonlardakı səhiyyə müəssisələrini də lazım olan qan, plazma, eritrosit və trombosit kütləsi ilə təchiz edir.

Belə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: