Babəkli fermer bağından 10 ton üzüm məhsulu gözləyir
Babək rayonunun Didivar kəndində salınan üzüm bağında bu il bol məhsul yetişdirilib. Sahibkar Hüseynqulu Bədəlova məxsus olan bağda 60-dan artıq üzüm sortu əkib.
NUHÇIXAN xəbər verir ki, torpaq mülkiyyətçisinin 4 il əvvəl saldığı üzüm bağı iki hektardır. 26 min manatlıq dövlət dəstəyi hesabına təsərrüfatını genişləndirən kənd sakini burada 60-dan artıq üzüm sortu yetişdirir.
Artıq üzümün tezyetişən sortları iyul ayından başlayaraq bazar və yarmarkalara çıxarılıb. Sahibkarın seçib əkdiyi üzüm sortları iyul ayının əvvəllərindən qar yerə düşənədək məhsul verir. Ötən il bağdan 5 ton məhsul toplayan sahibkar bu il 10 ton məhsul gözlədiyini deyir.
Gülməmməd Əliyev