“Vikipediya”da Sovet İttifaqında ilk vitse-admiral rütbəsi alan azərbaycanlı haqqında məqalə yerləşdirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri Sovet İttifaqında ilk vitse-admiral rütbəsi alan azərbaycanlı Həmid Qasımbəyov haqqında məqaləni əsaslı və geniş redaktə ediblər.
NUHÇIXAN xəbər verir ki, məqalədə vitse-admiralın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılır ki, H.Qasımbəyov 1923-cü il mayın 3-də Naxçıvan şəhərində anadan olub. 2005-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən H.Qasımbəyov ikinci Fəxri xiyabanda dəfn olunub.
Məqalə ilə linkində tanış olmaq mümkündür.
“Vikipediya”larda mərkəzin könüllüləri tərəfindən digər dahi şəxsiyyətlərimiz haqqında da məqalələrin yaradılması prosesi davam edir.