Naxçıvanın təhsil işçiləri ukraynalı həmkarları ilə əlaqələri genişləndirirlər

154

Naxçıvan Muxtar Respublikasının bir qrup təhsil işçisi Ukraynanın İrpen şəhərində işgüzar səfərdə olub.

NUHÇIXAN-ın məlumatına görə, səfərdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Kəngərli rayonu akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti əvvəlcə İrpendə akademik Zərifə Əliyeva adına parka gələrək görkəmli alimin buradakı abidəsi önünə tər çiçəklər düzüblər.

Səfər çərçivəsində azərbaycanlı qonaqlar İrpen şəhərində akademik Zərifə Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbində olub, bu təhsil müəssisəsinin gündəlik təhsil prosesi ilə maraqlanıblar. Məktəbin nəzdində fəaliyyət göstərən Zərifə Əliyeva adına muzeydə Azərbaycan nümayəndə heyətinə burada saxlanılan eksponatlar barədə məlumat verilib.

Səfər çərçivəsində iki ölkə arasında təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, mayın əvvəlində İrpen şəhərində akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbin direktoru Valentina Antonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti də Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: