Gözləri tamamilə əvəz edəcək implantat hazırlanır

178

ABŞ-ın Minnesota Universitetinin alimləri ilk dəfə gözün üçölçülü strukturunun əldə edilməsinə nail olublar.

Struktur torlu qişanın işini təqlid edir və implantatla birlikdə işləyir. Belə ki, beyinə təsvir haqqında siqnalları ötürən torlu qişa hüceyrələri üçün görülən təsvir elektrik impulslarına çevrilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası meddaily.ru saytına istinadla məlumat yayıb. Qeyd olunub ki, alimlər yarımkürə əsasla işləməyə başlayıblar. Onu üçölçülü printerdən istifadə edərək, tərkibində gümüş zərrəcikləri olan mürəkkəblərlə örtüblər. Onların üzərində yarımkeçirici polimer materiallardan yaradılmış və işığı elektrikə çevirən fotodiodlar yerləşdirilib. Bu metoddan istifadə etdikdə bütün strukturun çap prosesinə təxminən bir saat vaxt sərf olunur.

Alimlər ötürülən informasiyanın keyfiyyətini yüksəltmək üçün işıq reseptorlarının sayını artırmağı planlaşdırırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: