Ekoloqlar Şərur rayonunda monitorinq aparıblar - FOTOLAR

320

 

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları monitorinqləri davam etdirirlər. Növbəti monitorinq Şərur  rayonu ərazisində  aparılıb.

Monitorinqlərdə Şərur rayonundakı mövcud içməli su anbarlarından və təsərrüfat sularından analizlər götürülüb. Yoxlama zamanı suyun tərkibindəki  hidrogenin  və həll olunmuş  oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər nəzərdən keçirilib.  İçməli su anbarlarının ətrafında dezinfeksiya işləri aparılıb.

Rayonda yerləşən məişət tullantıları poliqonunda aparılan yoxlamalar zamanı müxtəlif ərazilərdən gətirilən məişət tullantıları texnika vasitəsilə basdırılıb. Burada rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən  dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirləri, eyni zamanda Şərur şəhərindəki tullantı yeşiklərinin ətrafında da həyata keçirilib.

Sonra ekoloqlar yol kənarlarında əkilən ağacların vəziyyətinə baxış keçiriblər. Məlum olub ki,  Qarxun kəndinə gedən  avtomobil yolunun kənarlarında suvarılmaya ehtiyacı olan yaşıllıq zolaqları var. Bu barədə aidiyyəti qurumlara tapşırıqlar verilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: